SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünən axşam saatlarında Kürdəmir-İmişli avtomobil yolunun İmişlinin Allahmədətli kəndindən keçən hissəsində sürücünün ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS virtualaz.org-a istinadən bildirir ki 27-yaşlı sürücü Anar Hüseynov idarə etdiyi "Range Rover"-markalı 90-EP-003 dövlət nömrə nişanlı avtomaşını sərt döngədə aşıraraq ağır xəsarətlər alıb. O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Onu da qeyd edək ki, dünyasını dəyişən Anar Hüseynov DİN-in təqaüddə olan polkovniki, vaxtilə Yasamal və Lənkəran rayonlarının polis rəisi işləmiş, əslən İmişli rayonunun Bəcirəvan kəndindən olan Möhübbət Hüseynovun oğludur.

BAKU.WS