055 213 76 73
Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağda daha bir erməni əsgəri ölüb.
BAKU.WS xəbər verir ki, hadisə avqustun 4-də, saat 9.30-da işğalçı erməni ordusunun Dağlıq Qarabağda, cəbhənin şimal istiqamətində yerləşən hərbi hissələrinin birində baş verib. 1997-ci il təvəllüdlü əsgər Vahan Mikaelyan ölümcül güllə yarası alıb. Hadisənin hansı şəraitdə baş verdiyi aydın deyil. Faktla bağlı araşdırma aparılır.
BAKU.WS