SİZİN REKLAM BURADA!
055 213 76 73


İmişli rayonunda yerləşən park baxımsızlıq ucbatından bərbad hala düşüb.

BAKU.WS-in oxu.az-a istinadla məlumatına görə, rayonun mərkəzində, Heydər Əliyev prospektində yerləşən və Mirzə Ələkbər Sabirin adını daşıyan park iaşə obyektlərinin zibil poliqonuna çevrilib.

Sakinlərin verdiyi məlumata görə, ərazinin yaxınlığında yerləşən çayxanalar gündəlik tullantılarını zibil qabları yerləşdirilmədiyi üçün parkın ərazisinə tökürlər.

Həmçinin sakinlər qeyd edir ki, park ərazisinin bir hissəsi 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev tərəfindən qanunsuz olaraq iaşə obyektlərinə satılıb.

Həmin görüntüləri təqdim edirik:

BAKU.WS