VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oğuz rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

BAKU.WS-in Report-a istinadla məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Şirvanlı kəndində qeydə alınıb.

Kənddə yerləşən fərdi yaşayış evlərindən birinin yanması nəticəsində evdə yaşayan yaşlı qadın (ad və soyadı dəqiqləşdirilir-red) yanaraq ölüb.

Yanğının söndürülməsi üçün əraziyə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA