SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Şəhəri üzrə Təhsil İdarəsi Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin direktoru Rəna Süleymanovanın “Son zəng”də məzunlar üçün birinci sinif şagirdlərindən 70 manat pul yığılması ilə bağlı iddianı araşdırıb.

BAKU.WS xəbər verir ki, qurumdan oxu.az-a bildirildiyinə görə, direktorun pul yığması iddiası öz təsdiqin tapmayıb:

“Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə “Son zəng” tədbirinin keçirilməsi üçün şagirdlərdən pul tələb olunmasına dair məsələ araşdırılıb. Araşdırma zamanı qeyd olunan hallar təsdiqini tapmayıb”.

Qeyd edək ki, Bakı şəhərində fəaliyyət göstərən Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin direktoru Rəna Süleymanovanın “Son zəng”də məzunlar üçün birinci sinif şagirdlərindən 70 manat pul yığıldığı iddia edilmişdi.

BAKU.WS