SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı metrosunun “Sahil” stansiyasında bir nəfərin halı pisləşib.

Oxu.Az-ın məlumatına görə, hadisə səhər saatlarında qeydə alınıb.

Belə ki, sərnişinlərdən biri metronun vestibülünə girərkən halının pis olduğunu deyib.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlama verib.

O bildirib ki, sərnişinin vəziyyətinin pisləşməsi metro ilə əlaqəli deyil:

“Sərnişin stansiyaya daxil olmamış vəziyyətinin yaxşı olmadığını deyib. Metropoliten əməkdaşları gənc xanım sərnişin üçün təcili tibbi yardım briqadası çağırıb. O, yaxınlıqdakı xəstəxanalardan birinə aparılıb. Sərnişinin huşu özündə olub”.

BAKU.WS