SİZİN REKLAM BURADA!
055 213 76 73



Bir il öncə Türkiyədə sığınacaq tapan suriyalı qadın 5 kilo 750 qram ağırlığında oğlan uşağı dünyaya gətirib.

BAKU.WS xəbər verir ki, bu körpə Dünya ve İlyas Ulvis cütlüyünün ikinci övladıdır. Uşaq qeysəriyyə əməliyyatı ilə doğulub.

Uşağın çəkisi nəinki görənləri, hətta həkimləri belə təəccübləndirib. Çünki yeni doğulan bu çağanın çəkisi 6 aylıq körpənin ağırlığına bərabərdir. Heç kimə sirr deyil ki, normalda körpələr 2,5-3,5 kiloqram ağırlığında doğulur.

Həkim Kamacı uşağın ağır çəki ilə doğulmasını anasının şəkər xəstəsi olması ilə əlaqələndirib.

Məhz bu səbəbdən uşağın səhhətində bəzi problemlər var. Ona görə də hazırda uşaq tənəffüs cihazına qoşulub.
 
BAKU.WS