SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 
 
BAKU.WS-in məlumatına görə, hadisəyə taksi sürücüsünün idarətetməni itirməsi səbəb olub. İlkin məlumata görə, yüksək sürət səbəbi ilə yoldan çıxan avtomobil səkiyə çırpılıb. 
 
Qəza nəticəsində taksidə olan sərnişinlərdən biri dünyasını dəyişib. Avtomobilin sürücüsü isə yaralanıb və hadisə yerindəki insanların köməyi ilə xəstəxanaya çatdırılıb. 
 
Ölən qadının kimliyini hələlik dəqiqləşdirmək mümkün olmayıb.
 
Şahin Həbibov
BAKU.WS