VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmişli rayonunun Rəsullu kəndində market sahibinə hücum edilib.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

İddia edilib ki, market sahibi azyaşlıya pornoqrafik xarakterli video göstərdiyi üçün ona uşağın ailə üzvləri hücum ediblər.

Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov “oxu.az”ın sorğusuna cavab olaraq bildirib ki, faktla əlaqədar obyektin sahibi M.Abbasov İmişli RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb:

“Onun barəsində cinayət işi açılıb. Araşdırmalar davam etdirilir”.

BAKU.WS
VİDEO