SİZİN REKLAM BURADA!
055 213 76 73



Abşeronda yaşayış binasının damında kişi meyiti tapılıb.

BAKU.WS
-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112” qaynar telefon xəttinə Abşeron şəhərində 1 nəfərin yaşadığı binanın damında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, 1950-ci il təvəllüdlü Hüseynov Vaqif Məmməd oğlu ürək çatışmazlığından vəfat edib.

Xilasedicilər binanın damından vətəndaşın meyitini endirib, aidiyyəti üzrə təhvil veriblər.

Ziya Səccad
BAKU.WS