SİZİN REKLAM BURADA!
055 213 76 73


 
6 yaşlı qız uşağı ilə "evləndiyinə” görə həbs edilmiş əfqan molla bu izdivacı hakimiyyət orqanları qarşısında müdafiə edib. O deyib ki, qız uşağını ona "nəzir” ediblər.

"The İndependent” AFP agentliyinə istinadən yazır ki, 60 yaşlarında olan Məhəmməd Kərim 6 yaşlı qızın ona valideynləri tərəfindən "nəzir” kimi verildiyini söyləyib.
Lakin qızın valideynləri israr edirlər ki, qız Herat vilayətində onların xəbəri olmadan oğurlanıb.

Məqalədə deyilir ki, hazırda mollanın sorğu-sualı davam etdirilir.

Gor vilayətində Qadın İşləri Departamentinin rəhbəri Məsum Ənvəri deyib: "Bu uşaq danışmır. Yalnız bunu deyir ki, "mən bu kişidən qorxuram”.

"The İndependent” yazır ki, Əfqanıstanda minimum nikah yaşı kişilər üçün 18, qadınlar üçün 16-dır. Buna baxmayaraq, ölkənin xüsusilə də ucqar yerlərində uşaq nikahları geniş yayılıb.

Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatına görə bu ölkədə 25-49 yaşları arasında olan qadınların 53 faizi 18 yaşına çatmamış ərə verilib.

Məqalədə deyilir ki, Əfqanıstanda ana ölümü hallarının son dərəcə çox olması məhz bununla bağlı ola bilər, beləki yeniyetmə qızların orqanizmi hələ normal doğuş üçün formalaşmamış vəziyyətdə olur.
 
BAKU.WS