SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İmişli rayonunda baş verən zəlzələ zamanı bəzi yaşayış evlərində və iaşə obyektlərində dağıntılar və çatlar əmələ gəlib. 

BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, zəlzələ zamanı Rayon İaşə Birliyinin binasının bir hissəsi dağılıb.
 
İlkin məlumatlara görə, rayonun Depo məhəlləsində iki fərdi yaşayış evində çatlar əmələ gəlib.
 
 
Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 08:46-da İmişlidə qeydə alınıb.
Zəlzələnin maqnitudası 5.6, dərinliyi 19 km olub. Zəlzələ ətraf rayonlarda 4 bala qədər hiss olunub.
 
BAKU.WS