SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Zirehli döyüş texnikası təlim rayonlarına çatdırılıb. 
 
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Komanda Qərargah Hərbi Oyunlarının növbəti mərhələsində irimiqyaslı təlimlərdə iştirak edən müxtəlif tipli hərbi texnikanın müəyyən edilmiş marşrutlar üzrə planlı şəkildə daşınması həyata keçirilib. 

"Həyəcan” siqnalı ilə qaldırılan hərbi hissələrin zirehli döyüş texnikaları toplanma rayonlarına çıxarılaraq hərbi daşınmaların tələblərinə uyğun, müəyyən edilmiş normalara riayət edilməklə müvafiq istiqamətlər üzrə qısa müddətdə təlim bölgələrinə çatdırılıb.
 
ŞAHİN Həbibov
BAKU.WS