SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Fətullah Gülənlə bağlı yeni iddia yayılıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fətullah Gülən əsgərlərə "boşanma fətvası” verib. Fətvaya tabe olan təxminən 300 qiyamçı əsgər bir müddət əvvəl həyat yoldaşından ayrılıb.
 
İddiaya görə, Gülənin fətvası tabe olanlardan biri də Xüsusi Qüvvələr komandanlığında tabor komandiri, mayor Şükrü Seyməndir. Şükrü Seymənin həyat yoldaşından iki ay əvvəl boşandığı bildirilir. 

Qeyd edək ki, Xüsusi Qüvvələr komandanlığında tabor komandiri, mayor Şükrü Seymən 12 gündür axtarışdadır. 
 
BAKU.WS