VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qayınatası tərəfindən yandırılan gəlin ARB TV-nin efirində yayımlanan “Elgizlə İzlə” verilişinə gətirilib.

Yanıq izləri dərin olduğu üçün qadının üzünü efirə vermək mümkün olmayıb.

O bildirib ki, yanarkən özündən gedib: “Evdə maaş üstündə dava oldu. Qayınatam, mən, yoldaşım idik. Kimsə məni arxadan vurdu, ayılanda gördüm ki, yanmışam. Mənim atam fağır adamdır, onlar da bundan istifadə etdilər. Polisə vermədik”.

Beş aydır evdə yanıqları ilə mübarizə aparan qadın xəstəxanaya getmək istəmədiyini bildirib.

Qeyd edək ki, verilişdə qadının yaralarında artıq iltihabların olduğu bildirilib.

***14:41

Azərbaycanda qayınata gəlinin üzərinə kimyəvi maddə tökərək yandırıb.

BAKU.WS xəbər verir ki, bu barədə ARB TV-nin efirində yayımlanan "Elgizlə İzlə” verilişində zorakılığa məruz qalan qadının valideynləri danışıb.

Azərbaycanın hansı rayonunda baş verməsi açıqlanmayan hadisədən sonra qayınata onu evdən bayıra atıb. Hadisənin beş ay əvvəl baş verməsinə baxmayaraq, onlar polisə müraciət etməyiblər.

BAKU.WS
VİDEO

VİDEO