SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gün "Araz" zavodunun ətrafından 10 partlamamış hərbi sursat tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) BAKU.WS-ə verilən məlumata görə, Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus "Araz” zavodunda baş vermiş partlayışla əlaqədar FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatlarına əsasən 8 ev və həyətyanı sahəyə baxış keçirilib, 10 ədəd partlamamış hərbi sursat (8 ədəd PQ-9 raketi, 1 ədəd OF-56 122 mm-lik top mərmisi, 1 ədəd Q-530 152 mm-lik top mərmisi aşkar edilərək, götürülüb.
 
Sursatların zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər görülü. Nəticə etibarilə 5000 kv.m ərazi yoxlanılıb.
 
BAKU.WS