SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu günlərdə bir neçə rayonun yol polisi rəisi işdən çıxarılıb.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, Tovuz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Misir Quliyev vəzifədən azad edilib. Bundan başqa azvision.az Ağcabədi rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Dadaş İbrahimovun da vəzifəsindən kənarlaşdırılaraq sərəncama göndərilməsi barədə xəbər yayıb.

Qeyd edək ki, bundan öncə yoxlama tədbirləri nəticəsində Beyləqan rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Zöhrab Məmmədov da vəzifəsindən kənarlaşdırılıb.
 
BAKU.WS