SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Suriyanın Türkiyə ilə sərhədi yaxınlığındakı Haseke vilayətinin Qamışlı rayonunda bomba yüklü avtomobilin partladılması nəticəsində 50 nəfər ölüb, 140 nəfər yaralanıb. Otuzdan çox binaya ciddi ziyan dəyib.

BAKU.WS Anadolu Agentliyinə istinadla xəbər verir ki, partlayışın təsirindən Türkiyənin Mardin vilayətindəki Nusaybin şəhərində də iki nəfər xəsarət alıb.

Bomba PKK terror təşkilatının Suriyadakı bölməsi olan PYD-yə aid qərargah binasının yanında işə salınıb.

Partlayış nəticəsində ölənlərin sayının artacağı istisna edilmir. Suriya dövlət televiziyası hadisə nəticəsində 22 nəfərin öldüyünü bildirib.
 
İŞİD terror qruplaşması hadisə ilə əlaqədar məsuliyyəti öz üzərinə götürüb.

 
BAKU.WS