SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Metropoliteninin "28 May" stansiyasında nasazlıq yaranıb.

BAKU.WS xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, nasazlıq Həzi Aslanov-Dərnəgül istiqamətində hərəkət edən qatarda qeydə alınıb.

"Sərnişinlər qatardan düşürülüb. Köməkçi qatar verilib. Təlimat qaydalarına uyğun olaraq sərnişinlər həmin qatardan da düşürülüb. Qatar xətdən çıxarılıb. Bu səbəbdən xətdə təxminən 12 dəqiqəlik gecikmə yaranıb. Qatarlar arası interval isə qorunub-saxlanılıb", - deyə B.Məmmədov qeyd edib.

BAKU.WS