VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Xəbər verdiyimiz kimi, Sumqayıtda gənc oğlanla qızın meyiti tapılıb. Hadisə iyulun 22-dən 23-nə keçən gecə, şəhərin  3-cü məhəllinların birinin  həyətindəki qarajda qeydə alınıb.

BAKU.WS bildirir ki, xeberle.com hadisə ilə bağlı ətraflı təfərrüatlar əldə edib.

Belə ki, 1995-ci il  təvəlldüdlü Əliyev Kənan Seyfəddin oğlu həmin məhəllənin  4/12 saylı binasında mənzil 2-də, 1997-ci il təvəllüdlü Sevinc Mütəllimova  23/a5 mənzil 46-da yaşayırdı.

K. Əliyev Ukraynada universitetlərin birində ali təhsil alaraq bu yaxınlarda Sumqayıta qayıdıb. Qız isə Azərbaycan Kooperasiya Universitetinin II kursunda təhsil  alırdı.

Bu iki gənc demək olar ki, məktəb illərindən bir-birilərini seviblər. Üzbəüz binalarda yaşayırdılar, amma valideynləri onların bir yerdə olmalarına narazı idilər. Bu narazıçılığa baxmayaraq gizlin görüşərdilər. Oğlan universiteti bitirdiyi üçün hərbi xidmətə getməli idi. Rayona gedərək qohumlarla görüşüb və qayıdanda qızla görüşmək istəyib. Amma valideynləri qızı nəzarətdə saxladıqları üçün görüş alınmayıb.

Oğlan hərbi xidməti bitirib geri qayıdanda qızın valideynlərinin onu başqasına verəcəklərini düşünür. Elə bu səbədən qərara gəlir ki, qızı qaçırsın.

Həmin gün Kənan Sevinci qaçıraraq evə gətirmək istəyib. Amma oğlanın ailəsi buna qarşı çıxaraq, Kənana qızı öz evlərinə qaytarmağı tapşırıb. Ailə qızı qəbul etmədiyinə görə cütlük sığınacaq kimi qarajdakı maşını seçib.

Qaraj sevgililərin son mənzili olur. Oğlanın pulu olmadığından məhz qarajı seçiblər. Benzin almağa pul olmadığından avtomobil az işləyib. Benzin bitdiyi üçün mühərrik sönüb, amma açar açıq qaldığı üçün kondisionerin üfürücü sistemi qoşularaq dayanmadan dəm qazını sovuraraq salona verib.

Nəticədə cütlük dünyalarını dəyişib.
 
BAKU.WS