VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Zabrat qəsəbə sakini Rasim Budaqov "Bank BTB”-nin əməkdaşları tərəfindən döyülüb.

Hadisə ilə bağlı "Qafqazinfo”ya müraciət edən R. Budaqov bildirib ki, 2015- ci ilin sentyabrında yoldaşının əməliyyat olunması üçün sözügedən bankdan 2000 dollar kredit götürüb: "Hər ay 161 dollar yəni 170 manata qədər kredit qaytarırdım. Devalvasiyadan sonra isə aylıq borc artdı. Mən yenə də hər ay əvvəlki şəkildə, yəni 161 dollar borc ödəyirdim.

Ötən gün bankın əməkdaşı mənə zəng edib borcumu ödəmədiyimi dedi. Dedim ki, sistemə yaxşı baxın , əvvəlki qaydada ödəmişəm. Zəng edən şəxs mənlə kobud davrandı, olduğum ünvanı soruşdu. Üstündən 1 saat keçəndən sonra 5 nəfər bank əməkdaşı Zabratdakı dükanıma gəldi. 1 nəfər arxadan əllərimi tutdu. Zəng edən şəxs də məni vurdu. Sonra çıxıb getdilər.

Həmin şəxs polisə şikayətçi olmamağı bizdən istədi. Dərhal 102-yə zəng etdim. Ekspertizaya da getmişik. Hər ay kreditimi ödədiyim halda niyə bank əməkdaşı tərəfindən döyülməliyəm? Bu ciddi cinayət əməlidir”.
 
BAKU.WS