SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Paytaxtın Nizami rayonu ərazisində yol qəzası baş verib.

Hadisə metronun "Neftçilər" stansiyasının qarşısında qeydə alınıb.

Belə ki, Qara Qarayev prospekti ilə hərəkət edən "Daewoo" markalı avtomobil qarşı tərəfdən gələn 12 saylı marşrut avtobusu ilə toqquşub.

Hadisə nəticəsində 3 nəfər - minik avtomobilinin sürücüsü və sərnişin, həmçinin yol kənarında olan bir piyada xəsarət alıb.
 
"Report"