VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Ermənistan Rusiyadan yeni silah və hərbi texnikalar alır.

BAKU.WS-in "AzeriDefence”ə istinadla verdiyi məlumata görə, bu barədə Rusiya müdafiə sənayesindəki mənbələrdən bildirilib. Tərəflər arasında imzalanmış yeni müqaviləyə əsasən Rusiya güzəştli şərtlərlə İrəvana tanklar və tank əleyhinə özüyeriyən raket sistemləri satacaq.

Dəyəri bir neçə yüz milyon dollar təşkil edən müqavilə çərçivəsində Ermənistan Rusiyadan açıqlanmayan sayda T-73B3 tankının modernizə olunmuş yeni nümunələri, həmçinin "Kornet-EM” tank əleyhinə raket kompleksi və BMP-2 piyada döyüş maşınları üçün yeni qüllələr almağı planlaşdırır.
 
BAKU.WS