Türkiyədə dövlət çevrilişinə cəhdə görə aparılan istintaq çərçivəsində ölkənin bütün universitet rektorlarının və müəllimlərinin xaricə çıxmasına qadağa qoyulub.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadağa 150 min 886 elm adamına tətbiq olunub.

Qeyd edək ki, Türkiyədə 193 universitet var. Bu elm ocaqlarında 150 min 886 alim çalışır.
 
BAKU.WS