SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı vəzifəsindən uzaqlaşdırılmış Manisa vilayətinin Ahmetli rayon qubernatoru Necmi Akman intihar edib.

BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, Manisada iyulun 18-də vəzifəsindən uzaqlaşdırılmış 3 qubernatordan biri olan Necmi Akman Ulucamidə polis Ahmet G-nin ani ehtiyatsızlığından istifadə edərək onun belindəki tapançanı ələ keçirib. Polisin cəhdlərinə baxmayaraq o, silahdan öz başına atəş açıb.

Hadisə yerinə çağırılmış təcili yardım maşınıyla Ahmetli Dövlət Xəstəxanasına çatdırılmış Necmi Akman ilkin tibbi yardımdan sonra Turqutlu Dövlət Xəstəxanasına aparılıb. Lakin həkimlər keçmiş məmurun həyatını xilas edə bilməyiblər. Tapançası alınmış polis Ahçet G isə ifadəsi alınmaq üçün saxlanılıb.
 
BAKU.WS