SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə qiyama təşəbbüs edərkən həlak olan hərbiçilərin dəfni zamanı dini ayinlər yerinə yetirilməyəcək.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyə Nazirlər Kabineti yanında Dini İşlər İdarəsi məlumat yayıb: 

"Dini İşlər İdarəsi tərəfindən iyulun 15-də Türkiyənin qanuni hakimiyyətinə qarşı çıxaraq millətin və dövlətin mənafeyini hədəf alan, TBMM başda olmaqla dövlət orqanları üzərinə bomba yağdıran, xalqa qarşı silah işlədən və bu zaman öldürülən qiyamçıların dəfnilə bağlı dini ayinlər yerinə yetirilməyəcək".
 
BAKU.WS