SİZİN REKLAM BURADA!
055 213 76 73


 

ABŞ-da sübh vaxtı göydə görünən cism görənləri qorxudub.

BAKU.WS məlumat verir ki, Florida ştatında səmada qəribə mavi bir cism görünüb. Yavaş-yavaş  hərəkət edərək getdikcə böyüyən mavi cism sakinləri qorxudub. 

Gördükləri cismin nə olduğunu anlaya bilməyən insanlar bunu Uçan Naməlum Obyekt (UNO) zənn ediblər  Sosial şəbəkələrdə paylaşılan video və şəkillərə isə internet istifadəçiləri müxtəlif fərziyyələr irəli sürüblər. Amma həqiqət əslində başqa imiş.

Cismin ABŞ-ın Dəniz Qüvvələrinin peykini kosmosa çıxarmaq üçün Cape Canaveral'dan atılan "Atlas V" adlı raket olduğu müəyyən edilib. Hərəkət edərək böyüməkdə olan mavi cismin raketdən çıxan tüstünün həmin an yüksələn günəş tərəfindən işıqlandırılmasıyla meydana gəldiyi bildirilib. 
 
Ayşən Ayxan
BAKU.WS