SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov Komanda Qərargah Hərbi Oyunlarının səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub.

Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Müdafiə nazirinin rəhbərliyi ilə təlim bölgəsində müşavirə keçirilib.

Müşavirədə hərbi oyunlara cəlb edilən birləşmə və hərbi hissələrin komandir və rəis heyətinin təlimlərdə fəaliyyətləri, planları və qəbul etdikləri qərarlarla bağlı məruzələri dinlənilib.

Müşavirədə çıxış edən Müdafiə naziri təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib.

Ziya Səccad
BAKU.WS