SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə ehtiyatda olan polkovnik Nedim Sami Kulaksız qiyamçıların palanları barədə maraqlı açıqlama verib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nedim Sami Kulaksız hərbi çevrilişə cəhd edənlərin B planı barədə xəbərdarlıq edib.

"Gecə 12-dən sonrakı 5 saat çox kritik olacaq. İnternet kəsilə, telefonlar və TV verilişləri dayana bilər. Qiyamçılar bomba ilə zərbə endirməyi planlayırlar. Təşvişə düşməyin. İnzibati binalar və aeroportlara gedin.
 
Fəthullahçı əsgərlər B planı üçün gecənin irəliləməsini gözləyirlər. Dünənki əslində bir sınaq idi. Bu gecə ilk olaraq Türk Telekom və peyklərə hücum ediləcək. Yeni dövrdə hərbi müdaxilələr pilləli olaraq inkişaf edir və əksər hallarda ikinci, ya da üçüncü təşəbbüsdə gerçək hücuma keçirlər.
 
Onlar vətəndaşların müqavimətinin qırılmasını və xalqın evlərinə çəkilməsini gözləyəcəklər. Amma xalq evə dönməzsə, bütün planlar alt-üst olur", - polkovnik əlavə edib.
 
BAKU.WS