SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə şəhid olan 16 əsgər üçün vida mərasimi təşkil olunub.


BAKU.WS
-in məlumatına görə, mərasim Vanda hərbi düşərgədə keçirilib.

Mərasimə Türkiyənin baş naziri Əhməd Davudoğlu da qatılıb. Baş nazir mərasim zamanı çıxış edərək şəhidlərin intiqamının alınacağını bildirib.
"Allah şahid olsun ki, əmanətiniz əmanətimizdir! Bu millətin bu vətənin birliyi üçün tökülən hər qanın hesabı soruşulacaq”, - deyən Əhməd Davudoğlu göz yaşlarına qərq olub.

Xatırladaq ki, dünən Türkiyənin Hakkari vilayətindəki Dağlıca bölgəsində terrorçu PKK təşkilatının yola minalar və fuqaslar düzərək partlatması nəticəsində 16 əsgər şəhid olmuşdu.

Ziya Səccad
BAKU.WS