SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Türkiyədə baş verən məlum çevriliş zamanı Türkiyə Böyük Millət Məclisinin (TBMM) binasına da ciddi zərər dəyib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bina gecə boyunca 3 dəfə qırıcılardan bombalanıb. Olay nəticəsində Məclis qapısında olan polislərdən 12-si yaralanıb. 

Hücum zamanı binanı tərk etməyən TBMM sədri İsmail Kahraman yaralanan polislərdən ikisinin vəziyyətinin ağır olduğunu bildirilib. O, həmçinin ölüm hadisənin qeydə alınmadığını əlavə edib.
 
Qeyd edək ki, olayla bağlı Məclisdə bu gün 14:00-da fövqaladə iclas keçiriləcək. 
 
BAKU.WS