"Neftçi” futbol klubu heyətinə yeni futbolçu cəlb edib. 

BAKU.WS-in məlumatına görə, braziliyalı futbolçu Jairo Rodriges Filyo axşam saatlarında Bakıya gəlib. Müdafiəçi bu gün komandamızın səhər məşqində iştirak edib. Məşqçilər heyətinin müsbət rəy verəcəyi təqdirdə "Neftçi” futbolçu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, 31 dekabr 1992-ci ildə Braziliyada dünyaya göz açmış Jairo Rodriges Filyo bunadək Braziliyanın "Amerika” (2011-2012), Bolqarıstanın "Botev” (2012-2014) və Portuqaliyanın "Trofense” (2014-2015) klublarında çıxış edib.
 
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ