SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sakarya şəhərinin meri hərbi çevrilişə cəhd edən əsgərlərə sərt sözlər deyib. 
 
BAKU.WS məlumat verir ki, Hüseyn Avni həbs olunan hərbiçərələrə "Vətən xainləri" deyib. Onları xalqa güllə atmaqda ittiham edib.
 
Üzü divara tərəf durmuş hərbçilərə "siz əmr verən kimdir, şərəfsizlər?" kimi sərt sözlər deyib.
 
Qeyd edək ki, ötən gün axşam saatlarından başlayaraq Türkiyə ordusu İstanbul və Ankarada dövlət çevrilişinə cəhd edib. Ordu ilə polis arasında səhər saatlarına kimi atışma olub. Çox sayda ölən və yaralıların olduğu bildirilir. 1563 hərbiçi həbs olunub. 
  
BAKU.WS