SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycandan Türkiyəyə aviareyslərin yerinə yetirilməsi hələ ki, bərpa olunmayıb. Bu gün səhər İstanbul və Ankaraya nəzərdə tutulan reyslər ləvğ edilib.

BAKU.WS-in məlumatına görə, bu barədə "Report"a "Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər saatlarına olan üç reys ləvğ edilib: "Onlarından ikisi İstanbula, biri isə Ankaraya aviareys yerinə yetirməli idi. Hər hansı yenilik olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək".

Xatırladaq ki, hazırda Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar olaraq Atatürk hava limanında uçuşlar dayandırılıb. 
 
BAKU.WS