SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Odessada azərbaycanlılar yerli sakinlərlə kütləvi dava edib.
 
BAKU.WS-in məlumatına görə, hadisəyə səbəb həmyerlilərimizin yüksək sürətlə avtomobili idarə etməsi olub. Avtomobildə olan 5 azərbaycanlı gənc digər ukraynalı gənclərlə mübahisə edib. Məhz bu mübahisə sonradan davaya çevrilib. 

Azərbaycanlı gənc onunla mübahisə edən gənclərdən birini maşının kapotunda dörd yola qədər aparıb və 300 metrdən çox məsafə qət edib. Orada isə hüquq mühafizə orqanı əməkdaşı maşını dayandırıb və davaya müdaxilə edib.
 
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra böyük səs-küyə səbəb olub. 
 
BAKU.WS