SİZİN REKLAM BURADA!
055 213 76 73


Tərtər rayonu ərazisində yol təmiri işləri apararkən mina partlayışından xəsarət alan 2 nəfərdən biri evə buraxılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxslərdən birinə - 1963-cü il təvəllüdlü Alışah Səfərova ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb. Digər şəxsin vəziyyəti isə kafi olaraq qiymətləndirilir, hazırda həkim müşayiəti altındadır.

***15:44

18.02.2022-ci il tarixdə Tərtər rayonunun Çaylı kəndi ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bu barədə Tərtər rayon prokurorluğundan BAKU.WS-ə bildirilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

***15:10

2022-ci il 18 fevral tarixində Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən verilən məlumata əsasən, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) BAKU.WS-ə verilən məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var.

1963-cü il təvəllüdlü Alışan Səfərov Şərif oğlu və 1965-ci il təvəllüdlü Faiq Səfərov İsmayıl oğlu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər.

Onların 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

BAKU.WS