SİZİN REKLAM BURADA!
055 213 76 73


“AFB Bank” ASC “Ecohouse” MMC-ni məhkəməyə verib.

BAKU.WS “qaynarinfo.az”a istinadən xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi L.Əliyevanın icraatındadır.

Məhkəmə çəkişməsinin səbəbi kredit müqaviləsi üzrə mübahisələrdir.

“Ecohouse” MMC barədə açıq mənbələrdə hər hansı məlumat olmasa da, “AFB Bank” Azərbaycanda kifayət qədər yaxşı tanınır. Çünki bu bank fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətindədir.

“AFB Bank” ASC-nin səhmlərinin 99,6 %-i vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə aid olduğu bildirilən “Gilan” MMC-yə məxsus olub. 2019-cu ilin fevral ayında “Gilan” MMC bankdakı səhmlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Səhmlərin satış məbləği açıqlanmasa da, bu alqı-satqının təxminən 70 milyon manat olduğu bildirilir.

Mediada yayılan məlumatlara görə, “AFB Bank” ASC-nin yeni səhmdarı Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. Bu məlumat indiyə qədər təkzib olunmayıb.

BAKU.WS