VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
Gəncə şəhərində sərnişin avtobusu qəzaya düşüb.

BAKU.WS report-a istinadən bildirir ki, hadisə şəhərin Təbriz küçəsində baş verib. 

Şəhər ərazisində 1 nömrəli marşurut xətti üzrə fəaliyyət göstərən "Hyundai" markalı sərnişin avtobusu Gəncə şəhər sakini Əbülfəz Bayramovun idarə etdiyi "VAZ-2105" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ-2105" markalı avtomaşının sürücüsü və avtomobildə olan sərnişin Zemfira Zeynalova baş nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir.
 
BAKU.WS