SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın əməkdar məşqçisi, SSRİ idman ustası Nəcəf Çöllüyev vəfat edib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, sabiq sərbəst güləşçi 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Nəcəf Çöllüyev 1959-1964-cü illərdə milli və sərbəst güləş üzrə açıq ölkə birinciliyində 13 dəfə respublika çempionu olub.

1963-cü ildə “Azərbaycanın əməkdar idman ustası” fəxri adına layiq görülən Çöllüyev Ümumittifaq yarışlarda da titullara sahib çıxıb.

BAKU.WS