SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxt ərazisində cəmiyyətə açıq hörmətsizlik edən 99-RU-039 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobil Səbail RPİ DYPŞ tərəfindən müəyyən olunaraq duracağa yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, avtomobil idarə etmək üçün müvafiq hüququ olmayan sürücü Nihad Hüseynov aktiv koronavirus xəstəsidir.

N.Hüseynov aidiyyəti üzrə təhvil verilib.

Səbail RPİ-də Cinayət Məcəlləsinin 139-1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

BAKU.WS
VİDEO