SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda turistlərin evinə qonaq gedən qadının döyülərək xəsarət alması ilə bağlı iddialar əsassızdır.
DİN Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, hadisə baş verən ünvanda qadının özü-özünə xəsarət yetirməsi ilə bağlı görüntülər var. İddiaların təfərrüatları Səbail RPİ 39-cü PB-də araşdırılır.

***07:45

Bakıda gənc qız əcnəbilərin hücumuna məruz qalıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Nizami küçəsində evlərin birində 1998-ci il təvəllüdlü Əliyeva Leyla Nizami qızı ərəblərin (2 nəfər) hücumuna məruz qalıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ saidin kəsilmiş yarası diaqnozu qoyulub.

L.Əliyeva "Report"a bildirib ki, hadisə ərəblərin yaşadığı evə qonaq gedərkən baş verib. Tərəflər arasında yaranan mübahisə zamanı ərəblər L.Əliyevaya şüşə qırıntıları ilə xəsarət yetiriblər.

Hadisənin təfərrüatı araşdırılır.

BAKU.WS