SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda iki gün əvvəl ''Range Rover'' markalı avtomobil piyadanı vurduqdan sonra qaçıb.
 
İyunun 5-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ''Range Rover'' markalı avtomobil Yavər Əliyev küçəsindəki piyada keçidində yolu keçmək istəyən kişini vurub. Zərbənin təsirindən piyada hadisə yerindən bir neçə metr kənara düşüb. Yaralı ağır vəziyyətdə təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Avtomobil isə gəldiyi sürətlə də hadisə yerindən qaçıb.
 
Criminal.az-ın əldə etdiyi məlumata görə, ''Range Rover''in sükanı arxasında xanım olub. Sabunçu rayon Polis İdarəsindən maşının sükanı arxasında xanım sürücü olduğu təsdiqlənsə də, onun qaçmasını təkzib etdilər. Bildirildi ki, sürücü piyadanı vuran an qorxub və avromobili hadisə yerindən kənarda saxlayıb. Lakin polis xanım sürücünün kimliyini açıqlamır. 3 saylı Şəhər Xəstəxanasından isə bildirildi ki, yaralının vəziyyəti ağır olaraq qalır.
 
BAKU.WS