SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Şabran ərazisində yerləşən Xaltan qəbiristanlığında yanğın başlayıb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, yanğın Taxtalar kənd ərazisinin biçilmiş əkin sahəsində başalyıb və qəbiristanlığa keçib.

Yanğın nəticəsində qəbirlərin bir çoxunun sinə və baş daşları tanınmaz hala düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şabran rayon Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

20 hektar sahəni əhatə edən yanğın hazırda davam edir.

Əraziyə əlavə yanğınsöndürən maşınlarının gətiriləcəyi gözlənilir.

BAKU.WS