VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollivud ulduzu Arnold Şvartsnegger ağır yol qəzası keçirib. 

BAKU.WS xəbər verir ki, onun idarə etdiyi "Yukon SUV" markalı avtomobil qarşıdan gələn "Prius" ilə toqquşub. Hər iki avtomobil yandakı "Porsche Cayenne"i də zədələyib. 

Qəza şahidlərinin sözlərinə görə, baş verən dəhşətli hadisə filmlərdəkindən heç də fərqlənmirdi. Toqquşma o qədər güclü olub ki, "Yukon SUV" "Prius"un üzərinə çıxıb. 

Verilən son məlumatlara əsasən, Şvartsnegger yaralanmayıb. "Prius"u idarə edən qadın isə ağır yaralanıb. Şahidlərin sözlərinə görə, onun başından qan axırmış.

Hazırda Şvartsneggerin qəza yerində olduğu bildirilir. O, həmin an baş verənləri hələ də dərk etmədiyini deyib.

BAKU.WS
QALEREYA