SİZİN REKLAM BURADA!
055 213 76 73


Binəqədi rayonunda kişi meyiti aşkarlanıb.

BAKU.WS xəbər verir ki,  Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Yusifov Əflatun Ömər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

BAKU.WS