SİZİN REKLAM BURADA!
055 213 76 73


Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, şöbəyə əvvəllər məhkum olunmuş paytaxt sakini Aftandil Çobanovda silah olması barədə əməliyyat məlumatı daxil olub.

Həmin şəxs qısa zamanda saxlanılıb və onun əlindəki çantaya baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 11 ədəd patron və daraq aşkar edilərək götürülüb. Aftandil Çobanov odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı 19-cu Polis Şöbəsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

BAKU.WS