SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeronda məktəbdə şagirdin döyülməsi barədə iddia təsdiqini tapmayıb.

BAKU.WS-in oxu.az-a istinadla məlumatına görə, Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə 2019-cu ildə baş vermiş narazılıq yeni məlumat kimi bu günlərdə gündəmə gətirilib.

Məktəbin müəllimi A.Məmmədova Oxu.Az-a açıqlamasında məlumatın yayılmasında məktəb rəhbərliyini günahlandırıb: “Çünki ondan şikayət etmişəm, etdiyi qanunsuzluqlar üzə çıxıb”.

Döyüldüyü iddia edilən şagirdin valideyni G.Yusifova da Oxu.Az-a açıqlamasında onun məktəbdən və müəllimdən heç bir narazılığının olmadığını deyib:

“Heç bir narazılığım yoxdur. Biz direktor və müəllimin barışmasını istəyirik. 2019-cu ildə bizim ailəmizdə problemlər olduğu üçün övladım dərsə gedə bilməyib”.

Məktəbin direktoru Çinarə Atayevadan isə açıqlama almaq mümkün olmayıb.

***11:13

Abşeronda 8-ci sinif şagirdi təhsil aldığı tam orta məktəbə getməkdən imtina edib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, buna səbəb 2019-cu ildən ona dərs deyən bir müəllimin şagirdə mütəmadi fiziki şiddət göstərməsidir. Söhbət Ceyranbatan qəsəbəsi, bir nömrəli tam orta məktəbdən gedir.

İddia olunur ki, sözügedən təhsil müəssisəsinin riyaziyyat müəllimi Aynurə Məmmədova 2019-cu ildən bu günə kimi dərs dediyi Elgün Abbasovu mütəmadi olaraq fiziki şiddətə məruz qoyub. Ona zor tətbiq edərək, döyərək xəsarətlər yetirib. Elə həmin il şagirdin valideyni Günay Yusifova oğlunun şiddətə məruz qalması ilə bağlı məktəb rəhbərliyinə ərizə ilə müraciət edib.

Bütün bunlara baxmayaraq, şagirdə şiddət sərgiləyən müəllim əməlindən əl çəkməyib.

Bu yaxınlarda isə məktəbin 8-ci sinif şagirdi Elgün Abbasov həmin müəllimə görə daha məktəbə getməyəcəyini bildirib. Valideyni övladında riyaziyyat müəlliminə görə psixoloji problemlərin yarandığını əsas gətirib. Mövcud məsələ ilə bağlı Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbi ilə əlaqə saxladıq. Məktəbdən faktı təsdiq ediblər.

Qeyd edək ki, bir neçə gün öncə İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışovanın azyaşlı uşağa qarşı şiddət göstərib.

BAKU.WS