SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Şəmkirdə qadın döyülüb.

BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, rayonun Qapanlı kənd sakini, 1973-cü il təvəllüdlü Zoya Zeynalova müxtəlif bədən xəsarətləri və gözün kimyəvi yanığı əlaməti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, Z. Zeynalova qonşuları ilə dava zamanı döyülüb və onun gözünə kimyəvi maddə səpilib.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
 
BAKU.WS