SİZİN REKLAM BURADA!
055 213 76 73


Bərdə şəhərində ümumi sahəsi 342 kv.m olan ikimərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, 4 otaq və 2 aynabənddən ibarət evin yanar konstruksiyaları 164 kv.m sahədə, bitişik ümumi sahəsi 18 kv.m olan taxta konstruksiyadan ibarət talvar yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1963-cü il təvəllüdlü Nərimanov İlqar Yunis oğlunun (yataq xəstəsi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

BAKU.WS