SİZİN REKLAM BURADA!
055 213 76 73


 

İstanbul hava limanında baş verən terrorda şübhəli bilinərək saxlanılan azərbaycanlının adı məlum olub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, həmin azərbaycanlı Elçin Bünyadov adl şəxsdir. 

44 nəfərin ölümünə səbəb olan terrorla bağlı bəzi detallar üzə çıxmağa başlayıb. Terrorla bağlı saxlanılan 4-ü əcnəbi olmaqla 13 şübhəli şəxs barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Onların arasında Rza Coşğun, Levent Uysal, Yasin Bilgin, Nüsrət Çağlar, Anzor Davitiani, Artur Tengizov, Elçin Bünyadov, Doğan Dəyərli, Salman Salış, Fatih Öztürk, Ümid Çırakoğlu, Zülküftü Polad, Kadzı Çakayev və başqları var. 

"Canlı bomba"lardan Rakim Bulqarovun mobil telefonunu araşdıran polis hücum günü saat 15 radələrində ona avtomat telefondan zəng gəldiyini müəyyən edib. Ərazidəki təhlükəsizlik kameraları yoxlanılıb və həmin gün inşaat işləri ilə məşğul olan Rıza Coşkunun eyni ərazidə olduğu müəyyən edilib. Çoşkun daha öncə İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilindiyi üçün saxlanmışdı. Bu dəfə də onun evi və ofisində polis əməliyyat keçirib. 

Polisdə susma hüququndan istifadə edən Rza C. prokurorluq ifadəsində telefon sim kartını mobil telefonunun enerjisi bitincə getdiyi telefon köşkündə tapdığını və heç tapdığı nömrədən istifadə etmədiyini iddia edib. Cib telefonunun hücum günündə Bakırgöydə siqnal verdiyini soruşanda isə Rza C. Bakırgöyə tikinti işi gedən əraziyə material apardığını və iftar etdikləri üçün telefonunun buradan siqnal verdiyini deyib. 

Həftəsonu İstanbulun Atatürk Hava Limanında törədilən terror hadisəsinə görə Azərbaycan vətəndaşının saxlandığı barədə məlumat yayılmışdı. Bu barədə  "Kavkazskiy uzel” portalına adı açıqlanmayan mənbə deyib.

İyunun 28-də Türkiyənin İstanbul şəhərində Atatürk hava limanında terror hadisəsi baş verib. Üç kamikadze hava limanına əllərində "Kalaşnikov" avtomatı ilə daxil olublar. Onlar qarşılarına çıxanları güllələyiblər, daha sonra üzərlərinə bağladıqları bombanı partladıblar.

Hadisə nəticəsində 44 insanın öldüyü, 239-a yaxın insanın isə yaralandığı deyilib. 

Atatürk hava limanına gəlmiş Türkiyənin baş naziri Binali Yıldırım vəziyyətlə bağlı açıqlama verib. Nazirin sözlərinə görə, hələ ki hadisəylə bağlı dəqiq ittiham irəli sürülməyib. Yalnız İŞİD terror qruplaşmasından şübhələndiklərini vurğulayan Binali Yıldırım araşdırmaların davam etdiyini bilidirib. 
 
BAKU.WS